Noyabrın 6-da saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Cafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib. Onun ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğunu etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.