Noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atmışdır.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılmışdır.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.