Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib
Noyabrın 7-də Sofiyada yerləşən “Sofia Balkan” otelində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində təşkil edilib.
Biznes forumu açan Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova Azərbaycan heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirib, respublikamızın uğurlu inkişaf yolunda olduğunu vurğulayıb. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir kənd təsərrüfatı, sənaye, əczaçılıq, kimya və digər sahələrdə birgə müəssisələrin yaradılması üçün əməkdaşlıq imkanlarının olduğunu deyib, biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olacağını qeyd edib. Bolqarıstan şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran Temenujka Petkova forumun işinə uğurlar arzulayıb.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı sektorunun inkişafı barədə danışıb. Bu sahənin vergidən azad olduğunu, xarici investorlar üçün maraq cəlb etdiyini nəzərə çatdırıb. Forumun işinə uğurlar arzulayan İ.Kərimov, bu kimi tədbirlərin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması, ikitərəfli əməkdaşlığın daha da güclənməsi istiqamətində mühüm platforma olduğunu vurğulayıb.
Ölkələrimiz arasında iqtisadi, ticari, elmi-texniki əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayan Bolqarıstanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin direktoru Aleksandr Minev Bolqarıstan hökumətinin ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli mühit barədə məlumat verib. O, forumun iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Cənubi Qafqazda ümumi daxili məhsul istehsalının 60 faizdən çoxunun Azərbaycanın payına düşdüyünü bildirib. O nəzərə çatdırıb ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında ölkənin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olunub. Nazir müavini qeyd edib ki, yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb