logo

Xalq artisti Amaliya Pənahova vəfat edib

10:21 08-11-2018 | icon 2415
Xalq artisti Amaliya Pənahova vəfat edib

Görkəmli aktrisa, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Amaliya Pənahova vəfat edib.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya  sənətkar noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. 1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.

O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib.

Amaliya Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Allah rəhmət eləsin!