Lənkəranda tanınmış ictimai xadim Dilruba Camalovanın xatirəsi anılıb
Yanvarın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkərandakı Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində layiqli xidməti olan Dilruba Camalovanın xatirəsinin anma mərasimi keçirilib. YeniAvropa xəbər verir ki, , tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rasilə Əliyev D.Camalovanın xidmətləri barədə ətraflı məlumat verib. Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova D.Camalovanın xatirəsinə həsr olunan tədbirin təşkilinin önəmini qeyd edib, tanınmış ictimai xadimin fəaliyyətindən söz açıb. Qeyd edilib ki, tanınmış ictimai-siyasi və dövlət xadimi Dilruba Xan qızı Camalova 1938-ci il yanvarın 7-də Lənkəranda anadan olub. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlayan (1960-1972) D.Camalova 1972-1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri, 1975-1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981-1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1992-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992-1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993-2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000-2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı” ordenləri və bir çox medallarla təltif olunan Dilruba xanım 1993-cü ilin avqust hadisələrində Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan bir sərkərdə kimi həyatının ən böyük uğurunu qazanıb. Azərbaycan qadınlarının inkişaf tarixində D.Camalovanın xüsusi yeri, mövqeyi vardır. O, hər bir söhbətdə böyük müdrikliklə gender siyasətinin mahiyyətini açıqlayırdı. Onu narahat edən məsələlərdən biri ailələrdə qadınların maariflənməsində qoyulan məhdudiyyətlər idi. D.Camalova 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olub.
Digər çıxışçılar da onun həyat yolundan danışıblar, tanınmış dövlət və ictimai-siyasi xadim Dilruba Camalova haqqında xatirələrini bölüşüblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb