logo

Neft Fondunun “Şahdəniz"dən gəlirləri 2,5 milyard dollar olub

15:16 07-11-2018 | icon 2905
Neft Fondunun “Şahdəniz"dən gəlirləri 2,5 milyard dollar olub

2007-ci ildən cari il noyabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub.

YeniAvropa xəbər verir  ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, bu ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.