logo

Kollegiya 18 yeni vəkilə vəsiqə verib

20:37 06-01-2018 | icon 2177
Kollegiya 18 yeni vəkilə vəsiqə verib

Ötən gün Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş 18 yeni vəkilə vəsiqələr təqdim olunub. YeniAvropa xəbər verir ki, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, şifahi müsahibədən uğurla keçmiş vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyə qədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

Tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq ölkəmizdə vəkilliyin cari vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda vəkillərə vəsiqələr təqdim olunub, onlara öz fəaliyyətlərində uğurlar arzulanıb və vəkillik peşəsini həyata keçirərkən yüksək vəkil adını daim uca tutmaları tövsiyə olunub. (Report)