logo

BNA avtobus qəzası ilə bağlı məlumat yayıb

21:15 06-01-2018 | icon 4109
BNA avtobus qəzası ilə bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi(BNA) paytaxtın Suraxanı rayonu ərazisində baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. BNA-nın mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, yanvarın 6-sı saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "99-XM-581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. " Hazırda hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib",-deyə məlumatda bildirilir. 

Məlumatda daha sonra qeyd edilir ki,  mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə  şərait yaradır : "Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq" .