logo

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyənlər saxlanılıblar

20:57 06-11-2018 | icon 2415
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyənlər saxlanılıblar

Noyabrın 4-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində İrandan Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkarlanıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, həmin üzmə vasitəsi qısa müddətdə ərazidə dayandıqdan sonra İran sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülüb. Noyabrın 5-də saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonunun Şahağacı kəndi sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıblar. Qayığın dayandığı koordinatlarda suya keçirilmiş baxış zamanı üç bağlamada ümumi çəkisi 2 kiloqram 420 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.