Noyabrın 6-dan etibarən “Bakmil” stansiyasına giriş-çıxışa yenidən məhdudiyyət qoyulacaq.
YeniAvropa xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“Bakı Metropoliteni” QSC sərnişinlərin nəzərinə çatdırır ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında “Bakmil” stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.