Noyabrın 5-də Lənkəran stansiyasından 16 kilometr qərbdə - Lerik rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:05:51-də qeydə alınıb.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bala qədər hiss olunub.