logo

“Magna” bir dünya markasına çevrilmək iddiasındadır

10:55 03-11-2018 | icon 5159
“Magna” bir dünya markasına çevrilmək iddiasındadır

Beynəlxalq standartlara uyğun, daxili və xarici bazarlara məhsul çeşidi və xidmət təqdim edən “Magna” bir dünya markası olmağı hədəfləyib.

YeniAvropa xəbər verir  ki, “Magna” Azərbaycanın nüfuzlu şirkətlərindən olan “Cahan Holdinq”ə daxil olan “Cahan Sənaye Kompleksi”nin bir ticarət markasıdır.
     “Cahan Sənaye Kompleksi”  2017-ci ildə investisiya qoyuluşlarını surətləndirərək Naxçıvanda 12.600 m2 sahəni əhatə edən qapalı məkanda yeni istehsal sahəsi yaradıb. Burada ən son texnologi avadanlıqlar quraşdırılıb. Müəssisədə beynəlxalq standartlara uyğun, ildə 10.000 ton plastik, 120.000 paqon metr panel radiator və 60.000 paqon metr alüminium radiator istehsal etmək mümkün olacaq. Müəssisədə istehsal olunan məhsullar bazara “Magna” markası ilə təqdim edilməkdədir.

     Hazırda  müəssisədə “Magna” markası adı altında 4 əsas istiqamətdə : PPR plastik boru və əlavə hissələri (fittinglər);  qapı - pəncərə sistemləri üçün PVC profillər; saydinq fasad ortukləri ; radiator və dam örtüyü sistemlərinin istehsalı davam etdirilir. 

   Yaranmasından qısa müddət ötməsinə baxmayaraq regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı movqeyinə yüksəlmiş “Magna”, dünyada bu işin mutəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli addımlar atmaqdadır. Və beynəlxalq standartlara uyğun, daxili və xarici bazarlara  xitab edən məhsul çeşidi və xidməti ilə “Magna” bir dünya markası olmağı hədəfləyib.
   Regionun inkişafı, insanların rifahı naminə davamlı inkişafı ozunə məqsəd seçən “Magna” istehsal etdiyi keyfiyyətli məhsulları, eləcə də inkişafa təkan verəcək texnologiyaları tətbiq etməklə  gələcək illərə inamla və qürurla baxmağa davam edir.

4-01

Naxçıvan MR-də istehsal olunan və Azərbaycanın 8 fərqli bölgəsində yerləşən 10 ofisi ilə satış və satış sonrası xidmət təqdim etməklə “Magna”  iri addımlarla  gələcəyə doğru inamla irəliləməkdədir.

 Xatırladaq ki, ilk dəfə ötən ay Bakıda keçirilən  “AquaTherm Baku 2018” sərgisində iştirak edən  “Magna” təşkilatçılar tərəfindən   “Ən gözəl stand dizaynı” mükafatına layiq görülüb.