Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.
YeniAvropa FHN-ə istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.