logo

Dünya Bankı neftin qiymətinə dair proqnozunu artırıb

13:27 01-11-2018 | icon 2856
Dünya Bankı neftin qiymətinə dair proqnozunu artırıb

2019-cu ildə neftin orta qiyməti bir barrel üçün 74 dollar civarında olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Dünya Bankının proqnozunda deyilir. Bildirilir ki, gələn il neftin orta qiyməti 74 dollar/barrel səviyyəsində olacaq. Bank bu il üçün neftin qiymətinin 72 dollar/barrel təşkil edəcəyini nəzərdə tuturdu.

Dünya Bankına görə, qarşıdakı ildə ABŞ-da neft istehsalı artacaq, İran və Venesuelada hasilat aşağı düşəcək. Qlobal neft tələbatı isə sabit olacaq.