logo

İcazəsiz ov edən şəxslər saxlanılıb

16:27 01-11-2018 | icon 2261
İcazəsiz ov edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.