Cari ilin yanvar-sentyabr aylarında Bakıda xam neft hasilatı 28 milyon 588,8 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qaz istehsalı isə 13 milyard 795,5 milyon kubmetr olub.
YeniAvropa Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, doqquz ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artıb.