Prezident İlham Əliyev oktyabrın 31-də Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşını təltif edib.
YeniAvropa xəbər verir ki, dövlət başçısının sərəncamlarına əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin 15 nəfər əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub, 7 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.