logo

"Bakcell"in dəstəyilə Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı start götürür

17:40 31-10-2018 | icon 2674
"Bakcell"in dəstəyilə Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı start götürür

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi ikinci M.A.P. Beynəlxalq Teatr Festivalı 6-11 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

YeniAvropa xəbər verir  ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. festivalının adı musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu təqdim etmək məqsədilə bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirəcək. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək. Festivalın ilk günündə Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasimindən sonra həmin məkana gələn teatr həvəskarları üçün İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa nümayiş olunacaq. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.

M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi ,incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır.

Bakcell şirkəti, artıq ikinci ildir ki, M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan "Bakcell"., Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəkləyir.