“QHTFilm.az” saytının təqdimatı olub
Beynəlxalq Mətbuat Mərkəzində “QHTFilm.az” saytının və “NGOFilm” mobil applikasiyasının təqdimat mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək “QHTFilm.az” saytının və “NGOFilm” mobil applikasiyasının Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlandığını bildirib.
Qeyd edilib ki, layihədə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların, həmçinin digər vizual materialların vahid elektron bazasının formalaşdırılması, sosial şəbəkələrdə təbliği nəzərdə tutulur. İnternet resurslarına mobil cihazlardan girişin sürətlə artığını diqqətə çatdıran C.Hüseynzadə bu məqsədlə Android sistemli mobil telefonlar üçün “NGOfilm” applikasiyasının hazırlandığını qeyd edib. Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər.
Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan “Youtube” və “Facebook” səhifələrinə da daxil edilib və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilib.
Tədbirdə qeyd edilib ki, hər il Şuranın dəstəyi ilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayırlar. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliğinə, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlərə və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda layihə və sayt haqqında videoroliklər, həmçinin NGOfilm mobil applikasiyasının yüklənməsi və istifadə qaydaları haqqında videotəlimat nümayiş olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb