Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 31-də gün ərzində Bakının Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.