logo

Polşanın ixrac missiyası Azərbaycana gəlir

10:25 31-10-2018 | icon 2688
Polşanın ixrac missiyası Azərbaycana gəlir

Noyabrın 5-dən 8-dək Polşa şirkətləri ixrac missiyası ilə Azərbaycanda səfərdə olacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə Polşa İnvestisiya və Ticarət Agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, missiyaya  Polşanın kosmetika, parfumeriya, ayaqqabı və stomatoloji məhsullar üzrə fəaliyyət göstərən şirkətləri daxildir. Səfər çərçivəsində  missiya üzvləri Azərbaycan paytaxtında çoxsaylı görüşlər keçirəcək, həmçinin Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı Ticarət Nümayəndəliyində “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edəcəklər.

İxrac missiyasında Polşanın “Conhpol”, “Olident”, “Reve de Chantelle” və “Natural Aromas” şirkətləri öz təkliflərini azərbaycanlı tərəfdaşlarına təqdim edəcəklər.

Qeyd edək ki, ixrac missiyasının səfəri PİTA-nın Bakıdakı Ticarət Nümayəndəliyi və Malopolska Regional İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.