Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) əsaslı təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayırıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev oktyabrın 30-da “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.