logo

2019-cu ildə SOCAR dövlət büdcəsinə 1,5 milyard manat  ödəyəcək

18:29 30-10-2018 | icon 3045
2019-cu ildə SOCAR dövlət büdcəsinə 1,5 milyard manat  ödəyəcək

2019-cu ildə SOCAR üzrə büdcə ödənişlərinin artacağı proqnozlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Qeyd olunur ki, gələn il Vergilər Nazirliyinin xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1 milyard 450 milyon manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 886 milyon manat nəzərdə tutulur. Bu da cari ilin proqnozu ilə müqayisədə SOCAR üzrə 20 milyon manat çox, ABƏŞ üzrə isə 64 milyon manat azdır.