logo

Azərbaycanın valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb

13:07 30-10-2018 | icon 2667
Azərbaycanın valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb

Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

“Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb. Xarici mühitdə pozitiv meyillərin bu ilin qalan dövründə də davam edəcəyi gözlənilir”, - deyə Mərkəzi Bankın sədri diqqətə çatdırıb.