logo

21 sığorta şirkəti 568 milyon manat sığorta haqqı toplayıb

18:30 29-10-2018 | icon 2982
21 sığorta şirkəti 568 milyon manat sığorta haqqı toplayıb

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 186.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 414.9 milyon manat, ödənişlər 137.3 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 153.6 milyon manat, ödənişlər isə 49.6 milyon manat olub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5 faizi könüllü, 26.5 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.