Misiri-Azərbaycan dostluq əlaqələri inkişaf edir
Misirin Qalubiyyə vilayəti ilə Abşeron rayonunu dostluq telləri bağlayır. Vaxtaşırı hər iki regionun nümayəndələri qarşılıqlı səfərlər edir, əməkdaşlıq perspektivlərini müəyyənləşdirirlər.
YeniAvropa xəbər verir ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda olan Misirin Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalimin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonuna səfər edib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qonaqlara rayon haqqında məlumat verib. Bildirilib ki, rayonun Xırdalan şəhəri də daxil olmaqla, 15 kənd və qəsəbəsində 500 mindən çox sakin yaşayır. Abşeronda həm kənd təsərrüfatının, həm də sənayenin inkişaf etdiyini vurğulayan icra hakimiyyətinin başçısı rayonun mədəniyyəti, iqtisadiyyatı, tarixi abidələri, turizm potensialı barədə də danışıb.
Bildirilib ki, 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokol imzalanıb və sənədin bütün müddəaları uğurla yerinə yetirilir. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev parkı, Azərbaycan küçəsi və Azərbaycan-Misir dostluq məktəbinin olması iki ölkə arasında dostluğun əyani təzahürüdür.
Abşerona ilk dəfədir səfər etdiyini vurğulayan qubernator Alaa Abdelhalim hər iki tərəf arasında imzalanan sənəddə kənd təsərrüfatı, sənaye, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının nəzərdə tutulduğunu xatırladıb.
Qonaq Misir Ərəb Respublikasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar olan bütün məsələlərdə ölkəmizi dəstəklədiyini vurğulayıb.
Qalubiyyə vilayətinin qubernatoru Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını, digər rayonların da Misirin əyalətləri ilə belə işgüzar əlaqələr qurmasına ehtiyac duyulduğunu bildirib.
Görüşdə iştirak edən Misirin Azərbaycandakı səfiri Adel İbrahim xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışıb.
Sonra qonaqlar Xırdalan şəhərindəki Misir-ərəb təmayüllü 9 saylı orta məktəbdə olublar. Məktəblilərin əl işlərindən ibarət sərgi onlarda böyük təəssürat doğurub. Burada nümayəndə heyəti Azərbaycan-Misir dostluq guşəsinə baxıblar. Azərbaycanlı şagirdlər ərəb dilində şeirlər söyləyiblər.
Qonaqlar Xırdalandakı Qalubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkını da gəziblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb