logo

Balakəndə II Beynəlxalq xurma festivalı keçirilir

14:04 28-10-2018 | icon 2471
Balakəndə II Beynəlxalq xurma festivalı keçirilir

Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçirilir.

YeniAvropa xəbər verir  ki, festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər.

Rəsmi açılış mərasimi Balakən şəhərindəki Heydər Əliyevin adını Mədəniyyət və İstirahət Parkında reallıb. 

Festival iştirakçıları parkın ərazisində xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxıblar. Burada , həmçinin xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub. Festivalda yerli folklor kollektivləri və idmançılar da çıxış ediblər.

II Beynəlxalq xurma festivalı respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.