Oktyabrın 28-də, sutka ərzində paytaxtın Xətai rayonunun bir hissəsinə (Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə, Xocalı küçələri) içməli suyun verilişində fasilə olacaq.
YeniAvropa xəbər verir ki, bu haqda "Azərsu" ASC-dən bildirilib. Məlumatda qeyd edilib ki, fasilələrə səbəb rayonun ərazisindən keçən magistral su kəmərində baş vermiş qəzadır.