logo

Badamdar sürüşmə sahəsində  aktivlik qeydə alınıb

17:15 27-10-2018 | icon 2513
Badamdar sürüşmə sahəsində  aktivlik qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsinin bir hissəsində torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.