Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
YeniAvropa Quba Regional Hidrometeorologiya Müəssisəsinə istinadla xəbər verir ki, ən çox yağıntı rayonun Ləzə kəndində qeydə alınıb. Belə ki, burada qarın hündürlüyü 20 santimetrə çatıb.
Bundan əlavə, Qubanın Xınalıq kəndinə 18, Qırız kəndinə isə 15 santimetr qar düşüb.
Ötən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə də ilk qar yağıb.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.