logo

Suraxanı rayonunda marketə basqın edən şəxs saxlanılıb

15:10 27-10-2018 | icon 2835
Suraxanı rayonunda marketə basqın edən şəxs saxlanılıb

Oktyabrın 25-də saat 22 radələrində Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, dərhal Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gəlib, müvafiq tədbirlər görülüb.

Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.