logo

İlham Əliyev Ucarda yol tikintisinə 9,7 milyon manat ayırdı

18:23 26-10-2018 | icon 2779
İlham Əliyev Ucarda yol tikintisinə 9,7 milyon manat ayırdı

Oktyabrın 26-da Prezident İlham Əliyev “Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncama əsasən 36 min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.