logo

"Bakcell" özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırdı

17:15 26-10-2018 | icon 3332
"Bakcell" özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırdı

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti özünün “Ulduzum” proqramının partnyorları ilə əməkdaşlığa verdiyi yüksək dəyərin ifadəsi olaraq onları növbəti dəfə mükafatlandırdı.

YeniAvropa xəbər verir  ki, şirkət abunəçilərinə geniş çeşiddə xidmətlər, unikal fürsətlər və endirimlər təklif etməklə yanaşı, “Ulduzum”partnyorlarını da daim diqqət mərkəzində saxlayır.

2016-cı ildən etibarən müxtəlif xidmət və satış mərkəzlərində buloyallıq proqramının “səfiri” rolunu oynayan partnyor şəbəkəsinin üzvləri üçün xüsusi stimullaşdırıcı proqram həyata keçirilir. Proqram iştirakçıları hər dəfə “Ulduzum”danistifadə edərkən qazandıqları xalları xüsusi internet portalında hədiyyələrə dəyişə bilirlər. Beləliklə, 133 partnyorun müştərisiolan 900-dən artıq insan bu proqram vasitəsilə “Bakcell”dən dəyərli hədiyyələr qazanıb.

Bundan əlavə, stimullaşdırıcı proqrama qoşulanlar xüsusi kampaniyada iştirak edərək Dubaya səyahət, iPhonesmartfonu və digər xüsusi hədiyyələr qazanmaq şansı əldə ediblər.

Nəticədə, FLO ayaqqabı dükanları şəbəkəsinin nümayəndəsi Tahir Uzunalov kampaniyanın əsas prizi olan Dubaya səyahət paketi əldə edib. Səyahət paketinə viza, təyyarə biletləri, otel xərcləri, səyahət sığortası və Birləşmiş Ərəb Əmirliklərində interaktiv turlar daxildir.

“Partnyor şəbəkəsinin nümayəndələri üçün təşkil olunmuş bu gözəl kampaniyaya görə "Bakcell" şirkətinə və “Ulduzum” proqramına dərin təşəkkürümü bildirirəm. Bu kampaniya göstərir ki,“Ulduzum”təkcə müştərilərin yox, proqramın bütün tərəfdaşlarının qayğısına qalır”, -deyə Tahir Uzunalov bildirib.

“FLO mağazalar şəbəkəsi 2016-cı ildən etibarən “Ulduzum” istifadəçiləri üçünxüsusi endirimlərdən yararlanmaq imkanını təmin edir. FLO mağazalarının müştəriləri bizim “Ulduzum”laəməkdaşlığımızdan çox məmnundular. Bu əməkdaşlıq sayəsində biz müştəri loyallığının gözəçarpan dərəcədə artırılması və çoxlu yeni müştərilərin əldə edilməsinə nail olduq”, -deyə FLO mağazalar şəbəkəsinin Brend Meneceri Əkbər Adıgözəlov bildirib.

Qeyd edək ki, indiyədək "Bakcell" abunəçilərinin 3 milyona yaxını250-dən artıq “Ulduzum” tərəfdaşının  təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün bu proqrama qoşulub. Bu prorqamBakcell abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.azssəhifəsində əldə oluna bilər.