logo

Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

16:17 26-10-2018 | icon 2758
Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Oktyabrın 30-31-də Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev məlumat verib.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevdir.

İclasda keçən il aprel ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı ölkə başçıları tərəfindən qarşıya qoyulan əsas məsələlərin icra vəziyyətinin müzakirəsi, əvvəlki iclasın protokollarında əks olunmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabat və 2019-2020-ci il üçün iki ölkə hökumətinin qarşısında duran vəzifələr müzakirə olunacaq.

Həmçinin iclasda tranzit-logistika sektoru, kənd təsərrüfatı, enerji, kimya sənayesi və başqa sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.