Bakıda İƏT-ə üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçirilib
Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçirilib. YeniAvropa xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formalaşdırılması, mövcud vəziyyətin dəyərləndirilməsi və investisiyaların cəlb edilməsidir.
Tədbir çərçivəsində Azərbaycanın müasir dövrdə uğurlarını və inkişaf yolunu əks etdirən film nümayiş olunub.
İclasda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd edib ki, son bir neçə ildə ölkəmizdə həyata keçirilən layihələr nəticəsində kənd təsərrüfatı, inşaat, maliyyə, nəqliyyat, rabitə, ticarət, xidmət kimi sahələr investorlar üçün cəlbediciliyini artırmaqdadır. Bu islahatlar çərçivəsində əmlak idarəçiliyi sektorunun da beynəlxalq standartlara uyğun müasirləşməsi tədbirləri görülür. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi, torpaq inzibatçılığı və istifadəsi üzərində daha səmərəli nəzarətin təmin olunması məqsədilə Peyk Nəzarət Sistemi kimi iri layihələr icra olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə çıxarışların 1 iş günü müddətində verilməsi, habelə bu çıxarışların elektron formata keçirilməsi mümkün olub.
K.Həsənov Azərbaycanda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində həyata keçirilən islahatlardan söz açıb. Bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahənin modernləşdirilməsi, müasir idarəetmə standartlarının tətbiqi, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir.
Ölkə başçısının təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində” ölkə üzrə müəyyənləşdirilən 4 strateji hədəfdən biri özəlləşmə ilə bağlıdır. Bu gün maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bir sıra infrastruktur sahələrdə, habelə enerji, telekommunikasiya, bank, turizm sahələrində yeni özəlləşdirmə imkanları, beynəlxalq təcrübələr öyrənilir. Özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, həmçinin xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvətlər göndərilib.
Nəzərə çatdırılıb ki, özəlləşmə sahəsinin tam elektronlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. “Elektron hərrac”ın keçirilməsi özəlləşmə sahəsində tətbiq edilən innovativ layihələrdəndir. Şəffaflığın və məlumatlandırmanın daha da artırılması məqsədilə istifadəyə verilən “Özəlləşdirmə portalı”nda özəlləşməyə çıxarılan dövlət əmlakları barədə geniş spektrli məlumatlar təqdim olunur. Portalın ziyarətçilərinin sayı artıq 2 milyonu keçib. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir.
İclasda çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirərək bildirib ki, Bakıda keçirilən bu tədbir ölkələr arasında özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, üzv dövlətlərdə tətbiq olunan innovativ layihələrin öyrənilməsi, sözügedən sahədə əlaqələrin qurulması baxımından uğurlu platformadır.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasının sədri seçilib.
Tədbir çərçivəsində ECO-ya üzv olan ölkələrin aidiyyəti qurum rəhbərlərinin çıxış və təqdimatları olub.
Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu Türkiyədə dövlət əmlakının özəlləşdirilməsi haqqında iclas iştirakçılarına geniş məlumat verib, həmçinin iclasın əhəmiyyətinə də toxunaraq, tədbirin təşkilata üzv olan dövlətlərin özəlləşmə ilə bağlı əlaqələrini daha da genişləndirəcəyini vurğulayıb.
İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein isə üzv dövlətlərdə özəlləşmə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.
Qırğız Respublikası Hökuməti yanında Dövlət Əmlakının İdarə Edilməsi Fondunun sədri Renat Tuleberdiyev və Əfqanıstan İslam Respublikasının Daşınmaz Əmlak Qurumunun rəhbəri Cavad Peykar bu sahə ilə bağlı ölkələrindəki mövcud vəziyyətdən danışaraq, özəlləşmənin daha da inkişafı, iqtisadiyyatdakı mövqeyinin gücləndirilməsi üçün yeniliklərin tətbiqinə və əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu söyləyiblər.
Tədbirdə digər üzv dövlətlərdə də özəlləşdirmə sahəsində yeniliklərlə bağlı çıxışlar dinlənilib. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və Sənaye Palatasının özəl sektorla bağlı fəaliyyəti haqqında, “Özəlləşdirmədə prioritet sahələr və əməkdaşlığın genişləndirilməsi”, “Enerji, telekommunikasiya və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlığı”, “Xarici birbaşa investisiyalarda özəlləşdirmənin rolu” mövzularında çıxışlar olub.
Daha sonra ECO katibliyinin fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
Sonda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumu rəhbərlərinin 6-cı iclasının nəticəsi olaraq “Özəlləşdirmə üzrə Bakı Bəyanatı”qəbul olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb