Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar bahalaşaraq 78,12 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 76,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar geriləyərək 66,59 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.