Bakıda “İnnovasiyalar həftəsi” başlayır
Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. YeniAvropa xəbər verir ki, bununla bağlı oktyabrın 25-də mətbuat konfransı təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli bildirib ki, “İnnovasiyalar həftəsi” oktyabrın 26-30-da keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlara qatılmaq, sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu olan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.
T.Kərimli qeyd edib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində BMT-nin İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.
Eyni zamanda, Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) olacaq. Proqrama “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin böyük final yarışması da daxildir. Bundan başqa, Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması nəzərdə tutulur.
“İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri də “Qlobal İnfluenser Günü” (Global Influencer Day) olacaq. Bu barədə “Keepface” platformasının rəhbəri Emin Vəli ətraflı məlumat verib. O, “influencer” sözünün mənasını izah edərək bildirib ki, yaratdığı məzmunla geniş izləyici auditoriyası yığan, onları yönləndirmə və inandırma gücünə malik şəxs və şəxslər qrupu influenserlər adlanır. İnfluenserlər paylaşdıqları maraqlı, faydalı məzmunla yanaşı, sosial media və digər rəqəmli platformalar vasitəsilə hər hansı bir məhsul və ya xidmət barədə təcrübələrini izləyiciləri ilə bölüşərək tanıtma, eləcə də satışın artırılması fəaliyyətini həyata keçirirlər. “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq.
“Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Bu tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı Amerika Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, “CAMCA network” tərəfindən dəstəklənir.
Mətbuat konfransında qeyd olunub ki, məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaq olan “Baku Open Cyber Cup” turnirinə döyüş və futbol üzrə kompüter oyunları daxildir. Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb