Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz paytaxtın bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Həmin ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2,5-3 dəfə çox olduğu müəyyənləşib.