Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov oktyabrın 22-dən 26-dək İsveçrənin paytaxtı Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun X illik sessiyasında iştirak edir.
FonddanYeniAvropa-ya bildirilib ki, “Dayanıqlı İnkişafa İnvestisiyalar” mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə olunur.
Tədbirdə dünyanın 160 ölkəsindən dövlət və özəl sektoru təmsil edən 6000-dən çox nümayəndə iştirak edir.
Ş.Mövsümov tədbir zamanı Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış edib.