Binəqədi rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dam örtüyü 150 kvadratmetr, bir otağının tavanı 20 kvadratmetr və mətbəxi 18 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.