logo

Neftin qiyməti son iki ayda ən aşağı həddə düşüb

14:08 24-10-2018 | icon 2842
Neftin qiyməti son iki ayda ən aşağı həddə düşüb

Neftin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşüb.

YeniAvropa xəbər verir  ki, günün əvvəlində “Brent” markalı xam neftin bir barrelinin qiyməti 76 dollara, “Light” neftinin bir barreli isə 66 dollara geriləyib.

Bununla da xam neftin qiymətləri sentyabrın 7-dən bu vaxtadək ən aşağı səviyyəyə enib.

Ekspertlərin fikrincə, ABŞ-ın həftəlik neft ehtiyatlarına dair proqnozların çox olacağı, İranın xarici işlər naziri Cavad Zərifin ölkəsinin Birləşmiş Ştatlarla qarşılıqlı hörmət çərçivəsində müzakirəyə hazır olduğunu deməsi “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsini sürətləndirib.

ABŞ-dakı ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 75,47 dollara, “Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 66,23 dollar/barrelə alıcı axtarır.