logo

Azərbaycanda Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb

12:35 24-10-2018 | icon 2856
Azərbaycanda Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb

Azərbaycanda fəaliyyət göstərən Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər" adlı simpoziumda deyib.

Nazir müavininin sözlərinə görə, Türkiyədə isə 2400 Azərbaycan şirkəti fəaliyyət göstərir. Hər iki ölkə iqtisadi sərmayələrin qoyulması istiqamətində davamlı olaraq çalışır, biznes forumlar keçirir, hər iki ölkənin sahibkarları arasında görüşlər təşkil edilir.