Sabah Bakının Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 millimetrlik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri işlərin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.