Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu haqda “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.