logo

Azərbaycanın ixrac missiyası Türkiyəyə gedir

14:49 23-10-2018 | icon 2884
Azərbaycanın ixrac missiyası Türkiyəyə gedir

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, oktyabrın 23-dən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi sahələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçirəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.

İxrac missiyası oktyabrın 27-dək davam edəcək.