Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 108 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.