Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib
Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) bu qurumun, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Fransadakı səfirliyimizin və AZPROMO-nun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Üzümçülük və Çaxırçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Azərbaycana səfərindən, qədim şərabçılıq ənənələrimizdən, Gəncə şəhərində keçirilən şərab festivallarından danışıb, ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət qayğısına toxunub.
Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov ölkəmizin iqtisadiyyatının dinamik inkişafından, onun dünyada tolerantlıq nümunəsi olmasından, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin burada birgə mehriban yaşamasından söz açıb. Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafına xüsusi diqqət verdiyini, bu sektorda yeni mərhələnin başlandığını bildirib.
“Biz məhsullarımızın daha çox Avropa bazarlarına çıxarılmasını istəyirik. Buna görə də beynəlxalq əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. OİV strateji və etibarlı tərəfdaşımızdır. Azərbaycan bu təşkilatla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Gələcək tərəfdaşlığımızın perspektivləri ilə bağlı böyük ambisiyalı ideyalarımız var”, - deyən nazir İnam Kərimov ölkəmizdə kənd təsərrüfatının, üzümçülüyün və şərabçılığın inkişafı üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Şərab İstehsalı və İxracı Assosiasiyasının sədri Elçin Mədətov çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olunub, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırılıb.
Sonra ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra iştirakçılar SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak edən şirkətlərin şərabları ilə tanış olublar. Tədbirdə iştirak edən bir çox peşəkarlar şərablarımız haqqında yüksək fikrilərini bildiriblər. Bəzi distributorlar artıq ölkəmizin şərab istehsalçıları ilə razılığa da gəliblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb