logo

Rüfət Aslanlının bir neçə miyonluq avtoparkında  ondan artıq  avtomobil var

15:25 21-10-2018 | icon 2849
Rüfət Aslanlının bir neçə miyonluq avtoparkında  ondan artıq  avtomobil var

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir.

YeniAvropa xəbər verir  ki,  bu haqda "virtualaz.org"un  araşdırmasında deyilir.Qeyd edilib ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl Rüfət Aslanlının göy sportkar-da işə necə getdiyinin əks olunduğu video yayımlanıb. Dəqiqləşdirilib ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy rəngli "Porshe Boxter" (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan "Land Rover Discovery" (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

 

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara rəngli "Toyota Camry" (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara rəngli "Mercedes Benz S500" (10 AA 035).

Araşdırma zamanı daha bir maraqlı detal müəyyən edilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından "Toyota Prado" (10 PP 343) və "Range Rover Vogue" (90 AA 343) "Bakı fond birjası" Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili - qara rəngli "GMC Yukon Denali "(10 AB 343) və ağ rəngli "KIA Cerato" (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

"BMW LI" (10 AA 343) və "Mercedes S 500" (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura məxsus inşaat şirkətinin adına rəsmiləşdirilib.

Rüfət Aslanlıya məxsus daha bir "Range Rover" (10 YY 035) avtomobili "Bank Avrasiya" ASC-nin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Bu fakt xüsusi maraq doğurur. Belə ki, burada açıq şəxsi mənafenin güdülməsi göz qabağındadır. Məsələ ondadır ki, banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq , eləcə də, banklar üçün bərabər rəqabət şəraiti təmin etməkdən ibarət idi.