Şəmir rayonunda qurulan “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi yaxın vaxtlarda istifadəyə veriləcək.
YeniAvropa xəbər verir ki, Şəmkir çayının sahilində yerləşən balıqyetişdirmə və emalı müəssisəsi öz istiqamətinə görə Qafqazda ən böyük istehsal müəssisəsi olacaq.
Qeyd edək ki, müəssisədə ilkin mərhələdə ildə 3 min ton 12 növ farel balığının və saatda 3 min ədəd balıq konservinin istehsalı nəzərdə tutulub. Emal müəssisəsində ilkin olaraq 150 nəfər işlə təmin olunacaq. Növbəti mərhələdə isə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır.