logo

Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib

18:48 20-10-2018 | icon 2268
Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib

Oktyabrın 20-də Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə ikinci Beynəlxalq çay festivalı keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından YeniAvropa-ya bildirilib ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Osmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək işlərində uğurlar arzu edib.

Tədbirdə, həmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblə